Siklop (Marvel Comics)

Siklop
ing. Cyclops
Nəşriyyat ABŞ Marvel Comics
Yayım tarixi "İks-adamlar" #1 (sentyabr, 1963)
Yaradıcı(lar) Sten Li
Ceyk Kyörbi
Xüsusiyyətlər
Əsl adı Skott Sammers
Doğum yeri
Cinsiyyəti kişi
Boyu 1,91 m
Çəkisi 88 kq
Göz rəngi qəhvəyi[d]
Saç rəngi qəhvəyi saç[d]
Növü mutant
Vətəndaşlıq
Komiks bioqrafiyası
Kainat 616
Üzvlükləri İks-adamlar
İks-Güc
İks-Faktor
İks-Korporasiya
Çempionlar
Zümrüd Beşliyi
Partnyorları
Ləqəbləri Cyclops
Gücləri

  • Güclü, yandırıcı optik enerji şüaları yaymaq
  • Məkan barədə dəqiq məlumat
  • Taktika ustası

Skott Sammers (ing. Scott Summers) və ya Siklop (ing. Cyclops) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan uydurma super qəhrəman. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur.

Siklop qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, gözlərindən güclü, yandırıcı enerji şüaları yayır. Xüsusi qoruyucu eynəkləri olmadan Siklop həmin şüaları idarə edə bilmir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının ilkin üzvlərindən biridir.

2006-cı ildə IGN veb-saytının hazırladığı "Top 25 İks-adamlar" siyahısında Marvelin ən məşhur personajlarından biri olan Siklop birinci yerə layiq görülmüşdür.[1] 2011-ci ildə isə eyni veb-saytda Siklop 100 komiks superqəhrəmanları siyahısında 39-cu göstərilmişdir.[2]

Siklop rolunu İks-adamlar, İks-adamlar 2İks-adamlar: Son müqavimət filmlərində aktyor Ceyms Marsden, İks-adamlar: Başlanğıc. Şimal porsuğu filmində aktyor Tom Pokok yeniyetmə Siklop rolunu, İks-adamlar: Apokalipsisİks-adamlar: Qara zümrüd quşu filmlərində isə gənc Siklop rolunu aktyor Tay Şeridan canlandırmışdır.

  1. "The Top 25 X-Men". IGN. 15 may 2006. 13 iyul 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2015.
  2. "IGN's Top 100 Comic Book Heroes – Cyclops #39 Top Comic Book Heroes". IGN. 6 may 2011. 13 fevral 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2015.

Developed by StudentB